вторник, 18 марта 2014 г.

Qəribə idman növləri

Bəzi maraqlı idman növlərini araşdırdıq. İstərdik sizləri də bu idman növləri ilə tanış edək.
İdman zallarına getməkdən, futbol, basketbol, voleybol kimi məşhur idman növləri ilə məşğul olmaqdan “doyanlar” üçün onlarla, bəlkə də yüzlərlə maraqlı idman növləri mövcuddur.
Bu da velosiped xokkeyi... 





Qəribə idman növləri arasında bir də birtəkərli velosiped xokkeyi var. Qaydaları buz xokkeyi ilə eyni olan bu oyunun buz xokkeyindən yeganə fərqi isə  velosiped üzərində oynanılmasıdır. Artıq 25 ildir Amerika, Avropa və Asiyada müvəffəqiyyətlə təşkil edilən velosiped xokkeyi yarışlarına maraq da kifayət qədər çoxdur. Həm qeyri-adi tarazlıq, həm də qeyri-adi diqqət kimi qabiliyyətlər tələb edən bu idman növü üzrə yarışlar demək olar ki, hər il mütəmadi şəkildə keçirilir.

Kim tutsa, onundur


”Pendir yuvarlamaq” kimi də məlum olan bu təhlükəli idman növü hər il may ayının 22-də İngiltərənin Qloster şəhərindəki Kuper Təpəsində təşkil olunur. Bu yarışlar bir əsrdən çoxdur ki, təşkil edilir. Təkər formasındakı bir pendir dik bir təpədən aşağı yuvarlanır və onlarla yarış iştirakçısı pendiri tutmaq üçün onun arxasınca yuvarlanır. Təbii ki, təpə çox dik olduğu üçün tez-tez kürək, ayaq və ya qol yaralanmaları da olur. Pendiri tutan yarış iştirakçısı isə pendirə sahib olur.
Palçıqla çayda üzgüçülük


Üzgüçülük yarışlarının dənizdə, hovuzda keçirildiyini bilirdik, ancaq çayda (həm də palçıqlı çayda) keçirildiyini bilmirdik. İngiltərə və Amerikada təşkil edilən palçıqlı çayda üzmə yarışlarına maraq xeyli çoxdur. Bu yarışda iştirakçılar 54 metrlik bir məsafəyə üzür və bu məsafəni ən qısa vaxtda başa vuran qalib olur. Digər tərəfdən, bu yarışda iştirakçılar başqa üzgüçülük yarışlarından fərqli olaraq dalğıc paltarı da geyə bilərlər. Ancaq dalğıc paltarı geymək sərbəst olsa da, şnorkel (nəfəs almaq üçün alət) və pallet (üzmək üçün alət) geymək məcburidir. Dünya rekordu belə olan bu idman növündə rekord 1 dəqiqə 35 saniyə ilə Filipp Cona məxsusdur.
İnsan atla yarışır



Heç insan da atla yarışar? Əlbəttə ki, yarışar. Çünki qəribə idman növləri arasında insanın atla yarışdığı “İnsan ata qarşı” adlı idman növü də mövcuddur. Əsasən, Uelsdə təşkil edilən bu idman növündə 35 km-lik bir yolda atlar və insanlar birbirilərini keçməyə çalışırlar. Müxtəlif maneələrin də olduğu bu yarışın ən çətin mərhələsi dik bir təpəyə dırmanmaqdır. Qalib üçün verilən pul mükafatı isə hər il artırılır.
Su altında reqbi


Sualtı reqbi yarışı 4 metr dərinliyindəki bir hovuzda keçirilir. 11 nəfərdən ibarət 2 komanda topu rəqib komandanın qapısına vurmağa çalışır. Hər iki qapı da suyun altında yerləşir. Su altında həm nəfəs almaq, həm də hərəkət etmək çətin olduğu üçün bu idman növündə tələb olunan əsas qabiliyyətlər həm güclü nəfəsə, həm də güclü əzələyə malik olmaqdır.

Kim birinci çatsa...




Bu ənənəvi yarış əsasən ailələr arasında
 keçirilir. Belə ki, ailədəki güclü cins zəif cinsi belinə alır və bacara bildiyi qədər ən  böyük sürətlə finişə doğru “qaçır”. Bu yarışda qalib olmaq üçün isə finiş xəttinə o birilərdən birinci çatmaq kifayətdir. Əsasən Finlandiyada təşkil edilən bu yarışda heç bir qayda yoxdur...P.S. Bəs siz adıçəkilən idman növlərinin hansı ilə məşğul olmaq istərdiniz?

Комментариев нет:

Отправить комментарий