вторник, 18 марта 2014 г.

Idmanın insan həyatında rolu

Mütəmadi idman məşqlərinin faydaları hər kəsə məlumdur. Lakin bir çox insan sıx qrafiklərinin olduqlarını deyərək idmana laqeyd yanaşırlar.
Alimlər günün rejimini araşdırıblar və 18- 64 yaş arasında olan insanlarda qısa müddətli intensiv hərəkətlərin (məsələn, yerimək) 10 dəqiqəlik mütəmadi sürən idman məşqlərinə bərabər olduqları nəticəsinə gəliblər. Bu cür intensiv hərəkətlər bir sıra xəstəliklərin, həmçinin xroniki ürək xəstəliklərinin qarşısını alırlar.

Həkimlərin məsləhətini dinləyərək orta hesablama ilə kişilər idman hərəkətlərinə həftə ərzində 4 saatdan çox, qadınlar isə 2-4 saat vaxt ayırırlar. Qeyd edək ki, bu insanlar gündəlik həyatlarındakı işlərini təxirə salmırlar.
Fiziki hərəkətlər nə üçün xeyirlidir?
-Depresiyadan çox gözəl müalicə vasitəsidir: intensiv fiziki fəaliyyət zamanı orqanizimdə endorfin və ya «xoşbəxtlik hormonu» yaranır;
-Streslərə davamlığı artırır: fiziki fəaliyət zamanı stress harmonu olan adrenalinin səviyyəsi aşağı düşür;
-«Pis» xolesternin, triqliseridlərin səviyyəsi enir, “yaxşı “ xolesterinin miqdarı artır ki, buda aterosklerozdan müdafiyədir;
-Arterial təzyiqi normalaşdırır, və nəticədə insultların və ürək tutmaları riskini azaldır;
-Kalori sərfi, iştahanın normallaşması və mübadilə proseslərinin sürətlənməsi hesabına bədən çəksinin aşağı düşməsinə kömək edir.
-Sümük və oynaqların davamlılığını artırır- osteoparozun profilaktika və mülicəsi;
-Orqanizmin adaptasion imkanlarını,insanın iradəsini inkişaf etdirir.
Idman həmçinin xanımlar üçün arıqlama yoludur. Bəziləri həyat tərzinə görə özünün fiziki aktivlik formasını seçir.Bəziləri bunu trenajor salonlarında xüsusi alətlərin köməyilə ilə həyata keçirirlər. 

Yenidən sizə xatirladırıq ki, öz fiziki aktivlik planınızı müalicə həkiminizlə müzakirə edəsiniz. Tibbi tədqiqatlar göstərir ki, həftədə 3 dəfə 30-40 dəqiqəlik fiziki fəaliyyət 4 aydan sonra hipertoniklərdə təzyiqin normallaşmasına kömək edir. Eyni vaxtda həddindən çox fiziki gərqinlik və məşqlər hipertoniya törədə bilər. Xüsusiilə də güc və əzələnin inkişaf məşqlərindən sui istifadə nəticəsində yarana bilər. Məşqlər üçün təmiz havalı məkan seçmək lazımdır. Bu avtomaqistraldan uzaq meşə-park zonaları, stadion olsa daha yaxşıdır. Əgər siz soyuqlamısınızsa, hərarətiniz azda olsa qalxıbsa, xroniki xəstəliyiniz kəskinləşibsə fiziki məşqləri dərhal dayandırın. Beləliklə düzgün seçilmiş fiziki fəaliyyət sağlamlaşdırırcı və müalicəvi təsirə malikdir, o adekvat, müntəzəm, dozalaşmiş və individual seçilmiş olmalıdır.

Комментариев нет:

Отправить комментарий